Elçin Nərimanoğlu Hüseynli Azərbaycan Respublikasının Hindistan Respublikasında, eyni zamanda Banqladeş Xalq Respublikasında, Butan Krallığında, Maldiv Respublikasında, Nepalda və Şri-Lanka Demokratik Sosialist Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
HİT.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Digər sərəncamla Elçin Hüseynli Azərbaycan Respublikasının İtaliya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. O, 2023-cü ildə Azərbaycanın Hindistandakı səfiri təyin edilmişdi.
İlham Əliyev Əlimirzamin Qəvvam oğlu Əskərovu Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırıb.
Dövlət başçısı Ağalar Rahim oğlu Atamoğlanovu Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması barədə də sərəncam imzalayıb.
Başqa bir sərəncamı ilə Elxan Cahangir oğlu Qəhrəman Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

