Gənclər və idman Nazirliyinin təşkilatçılığı ilə Respublikanın 22 rayonundan, 10-15 yaş aralığından olan 100-dən artıq məktəbli, şəhid və qazi, aztəminatlı və çoxuşaqlı ailələrin uşaqları, müsabiqə (intellektual, yaradıcı, idman, bilik) qalibləri, fiziki məhdudiyyətli (ehtiyaclarını özü qarşılaya bilən), həmçinin istedadlı uşaqlar üçün yay düşərgəsi təşkil olunub.
Müxtəlif dövlət və özəl qrumlarla Korporativ Sosial Məsuliyyət layihələri həyata keçirən AL Market də bu tədbirə qatılaraq uşaqların xoş vaxt keçirməsi üçün müxtəlif əyləncəli proqramlar edib və sonda düşərgədə iştirak edən 120 uşağa Azərbaycanın hər tərəfində fəaliyyət göstərən AL Market mağazalarında satılan və uşaqların sevimli qidaları olan müxtəlif yerli və qlobal brendlərin məhsullarından hazırlanan hədiyyə paketləri təqdim olunub.
Qeyd edək ki, bu gün yüzlərlə filialı ilə fəaliyyət göstərən “AL Market”lər mağazalarındakı ərzaq və qeyri-ərzaq məhsulları üzrə çeşidliliyini yerli və qlobal brendlər, həmçinin özünəməxsus məhsulları ilə zənginləşdirir. “Yüksək keyfiyyət, uyğun qiymət” sloqanını əsas tutan “AL Market”lər ailənizin ehtiyacları üçün minlərlə məhsulla xidmətinizdədir.