Uşaqlarda diqqət dağınıqlığı

SOSİAL
21:02 / 27.05.2024
537

Diqqət dağınıqlığı daha çox məktəbyaşlı uşaqlarda müşahidə olunur. Müəllimlər bu tip uşaqların dərsə fikir verməməsi ilə bağlı narazılıq edir. 

Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, uşaqlar daha çox diqqət dağınıqlığından, diqqətin həcminin az olmasından əziyyət çəkirlər. Bu forma diqqət pozuntularının psixoloji səbəbləri uşaqların uzun müddət telefon, planşet və ya televizor qarşısında vaxt keçirmələridir:

 “Uşağa səmərəli rejim qurulmalı, xüsusi diqqət çalışmaları yerinə yetirilməli və texniki qurğulardan mümkün qədər az istifadə edilməlidir. Lakin uşaqlarda son zamanlar geniş yayılmış diqqət dağınıqlığı və hiperaktivlik sindromu adlı diaqnoz rast gəlinir. Bu zaman uşaqlar diqqətlərini toplamaqda çətinlik çəkir, impulsiv və çox hərəkətli olurlar. Bu sindromun yaranma səbəbləri tam dəqiq bilinməsə də daha çox hamiləlik dönəmində anada olan həm fizioloji, həm psixoloji problemlər, doğuş zamanı alınan travma, hipoksiya kimi səbəblər göstərilir. Bu cür uşaqlara qarşı yanaşma həm valideynlər, həm də pedaqoqlar tərəfindən xüsusi olmalıdır”.

Sevinc

0