Niyə ataların qızlarına gözü düşür? - İblis

SOSİAL
22:36 / 06.11.2024
424

Ötən gün İsmayıllıda baş verən hadisə ölkə gündəmini çalxaladı.

Belə ki, İsmayıllıda 13 yaşlı qızın 44 yaşlı atasından hamilə olduğu müəyyən edilib..

Fakt üzrə məhkəmə keçirildi və ata 9 il həbs cəzası verilib. 

Sual yaranır. Bəs qız? 

Qız heç oldu. Həbsdən çıxmış atanın qurbanı oldu. “Ata” deyib qucaqladığı kişi bunun həyatına cəllad kəsildi. Məhkəmədə ifadəsində qız deyir ki, atam bizi hər gün qucaqlayırdı. Çox istəyirdi bizi. 

Qız axı nə bilsin ki, atası onu nə üçün qucaqlayır? Hələ məhkəmə materiallarında məlum olur ki, atası qızına yalan danışmağı, öz cinayətini ört-basdır etməyi öyrədir:

“Atam mənə dedi ki, kim sənin niyə belə hamilə qaldığını soruşanda denən ki, atamın həbsdə olan dostu Ramin eləyib”.

Bir dənə mənzərəyə baxın. Bir zamanlar yalan danışması üçün döyülən uşaqlar , indi atasından yalanı necə ört-basdır etməyi öyrənir. Hansı zəmanəyə gəlib çatmışıq?!

Həqiqətənmi, dünyanın sonu gəlib? Atanın da qızına gözümü düşər? 

Məşhur yazıçı və dramaturq Hüseyn Cavid “İblis” əsərində yaxşı deyib: 

-İblis nədir? 
-Cümlə xəyanətlərə bais
-Bəs hər kəsə xain olan insan nədir? 
-"İblis!"

Murad
 

0