Turizm və rifah sahəsində ekspertlər bu tələblərə ən yaxşı cavab verən ölkənin Kosta-Rika olduğunu bildirirlər.
HİT.az xəbər verir ki, bu barədə “Mediafax” yazıb.
Şimali Amerikada turizm agentliyinin rəhbəri Li Barnsın sözlərinə görə, Kosta-Rikadakı həyat tərzinin özü insanları nəyisə əldən verdiklərini hiss etmədən daha yavaş yaşamağa vadar edir.
50 yaşdan yuxarı turistlər burada hər gün aktiv ola, lakin bunu öz templərinə uyğun edə bilərlər. Onlar tropik meşələrdə gəzintiyə çıxır, vəhşi heyvanları müşahidə edir və termal mənbələrdə istirahət edirlər.
Kosta-Rika 12 müxtəlif iqlim qurşağında dünyanın biomüxtəlifliyinin 6 faizini qoruyub saxlayır. “Trafalgar” şirkətinin baş direktoru Saymon Cons yerli “pura vida” fəlsəfəsini xatırladaraq bunun tələsmədən yaşamağı təşviq etdiyini bildirib. O, həmçinin ağrıları yüngülləşdirən termal mənbələri və hamar, yaxşı baxılan cığırları qeyd edib.
Yerli icmalar üzvi məhsullara və təzə dəniz məhsullarına üstünlük verirlər. Kosta-Rikada turistlər yerli mətbəxlə, təzə məhsullarla və ailələrdə nəsildən-nəslə ötürülən kulinariya ənənələri ilə tanış ola bilərlər.
Təklif olunan təcrübələr arasında ənənəvi üsulla tortilla hazırlanması və palma ürəyi yetişdirilən plantasiyalara səfər də var.
Aktiv həyat tərzini sevən insanlar üçün ekspertlər Tortuqero Milli Parkında qayıq gəzintilərini və Monteverdədə quş müşahidəsini tövsiyə edirlər.
Digər turizm agentliyinin təsisçisi Uord Luti “Camino de Costa Rica” cığırını yüksək qiymətləndirib. Təxminən 280 kilometr uzunluğunda olan marşrut Karib dənizi sahillərini Sakit okean sahilləri ilə birləşdirir.
Digər agentliyin nümayəndəsi Arno Dyetegarın sözlərinə görə, sağlam qocalmaq aktiv, maraqlı və həyatın içində qalmaq deməkdir. Papagayo yarımadasındakı kurortlardan biri bu yaxınlarda tennis, padel və piklbol kortlarının yerləşdiyi idman kompleksi açıb.
Samir


