Uşağa spirtli içki içirdilərsə, onunla necə davranmalı?

SOSİAL
23:14 / 07.11.2024
389

Bəzi valideynlər bilərəkdən ya bilməyərəkdən  uşağa spirtli içki içirdir.

Maraqlıdır, bu halda valideyn neyləməlidir?

Pediatr Mətanət Əliyeva Hit.az-a deyib ki, alkoqolun dozasından asılı olaraq, uşaq orqanizminə düşdükdə şəkərin səviyyəsini salır:   

“Alkoqol uşaqlarda qıcolma, psixoz yaradır. Həmçinin, uşaqda nitqin pozulması, ürəkbulanma, qusma, yuxululuq əlamətləri olarsa, təcili həkimə çatdırılmalıdır. Təəssüf ki, bəzi valideynlər bilərəkdən uşağa içki içirdir. Ola bilər ki, alkoqol uşağa təsir etməsin. Ancaq bu hal uşaqda asılılıq yaradır. Istənilən halda uşağa spirtli içki vermək düzgün deyil”.

Sevinc

0