Hit.az “Hüququmuzu bilək” rubrikasında növbəti suala cavab verir.
Hər hansı bir insana sübut olmadan şər atmağın cəzası varmı?
Mövzu ilə bağlı Hit.az-a danışan hüquqşünas Adil Piriyev bildirib ki, şər və ya böhtan atmağın 3500 manatadək cəriməsi var:
“İnzibati Xətalar Məcəlləsinin 381.13-cü maddəsinə əsasən, qanun qüvvəyə minmiş məhkəmə qərarı olmadan şəxsin təqsirli olması haqqında məlumatların yayılmasına görə, vəzifəli şəxslər 1000 manatdan 1500 manata, hüquqi şəxslər isə 2500 manatdan 3500 manatadək cərimə olunurlar”.
Murad