Məhkəməyə getmədən boşanmaq mümkündür?

SOSİAL
21:35 / 29.11.2024
263

Hit.az “Hüququmuzu bilək” rubrikasında növbəti suala cavab verir.

Hansı hallarda məhkəməyə getmədən boşanmaq olar?

Mövzu ilə bağlı Hit.az-a danışan hüquqşünas Adil Piriyev bildirib ki, insanlar əsasən məhkəmə qaydasında boşanır, amma bəzi hallarda məhkəməyə getmədən də boşanmaq mümkündür:

“Qanunvericilikdə məhkəmədən kənar boşanma qaydası müəyyən edilib. Əgər evli şəxslərin övladları yoxdur və ya övladları 18 yaşı keçiblərsə, onlar qeydiyyat orqanına müraciət edərək , boşanma barədə ərizə verə bilərlər. Ərizə adətən şəxslərin qeydiyyatda olduqları və ya evləndikləri rayonun qeydiyyat şöbəsinə verilir. 

Əgər hər iki şəxs boşanmaq üçün ərizə verirsə, onlar 1 ay ərzində boşana bilərlər. Lakin tərəflər ərizə verdikdən sonra boşanmadan imtina edə, qeydiyyat şöbəsinə gəlib boşanma barədə şəhadətnaməni almaqdan imtina edərlərsə, bu zaman boşanma baş tutmuş sayılmır. Və bunun üçün məhkəməyə müraciət etmək lazımdır”. 

Murad

0