Son 15 ili nəzərdən keçirsək, universitet imtahanına hazırlaşan 90% şagirdin repititor yanına getdiyini görərik.
Şagirdlər nəzəri biliklərini məktəbdə öyrənməli olduğu halda əlavə pul ödəyərək , repititor yanına gedirlər.
Bəs, valideynlər hazırlıq müəllimi seçərkən nələrə diqqət etməlidir?
Bu barədə Hit.az-a açıqlama verən təhsil üzrə sosioloq İlqar Əliyev deyib ki, valideynlər uşaqlarının hazırlıq təhsili üçün müəllim seçərkən diqqət etməli olduqları bir neçə vacib faktor vardır:
“Müəllimin müvafiq sahədə ali təhsili və ya pedagogika üzrə ixtisaslaşması olmalıdır. Uşaqların hazırlıq təhsili üçün xüsusi proqramları bilən müəllimlər daha faydalı ola bilər. Uşaqların hər biri fərqli öyrənir. Müəllim, hər bir uşağın fərdi inkişafını nəzərə alaraq uyğun öyrənmə metodlarını tətbiq etməlidir. Fərdi yanaşma uşağın güclü tərəflərini üzə çıxarmağa və zəif tərəflərini gücləndirməyə kömək edir. Əyləncəli və interaktiv dərslər uşaqların motivasiyasını artırır və təhsili daha cəlbedici göstərir.
Müəllimlərin valideynlərlə yaxşı əlaqələr qurması çox vacibdir. Valideynlər müəllimin uşaqları ilə bağlı mütəmadi və açıq məlumat almalı, uşaqlarının inkişafı barədə müntəzəm geribildirimlər almalıdırlar".
Murad