Natiq Səhrab oğlu İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib.
HİT.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Qeyd edək ki, Natiq İbrahimov 1953-cü il 28 mart tarixində Qəbələ rayonu Mıxılqovaq kəndində anadan olub. 1972–1978-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Mexanika-riyaziyyat fakültəsində təhsil alıb. Ailəlidir, 3 övladı var. 2003-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
O, 1993-cü ildən Təhsil Nazirliyində aparıcı inspektor, aparıcı məsləhətçi və baş məsləhətçi vəzifələrində çalışıb. 2014-cü ildən Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini vəzifəsində işləyib. 2016-cı il may ayından Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edib. İlham Əliyevin 23 aprel 2021-ci il tarixli Sərəncamı ilə Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib. O, 2011-ci ildə Əməkdar müəllimi adına layiq görülüb.


