Avqust ayında pensiyaların orta məbləği 1 manat artıb

SOSİAL
22:36 / 18.09.2026
38

1 sentyabr 2026-cı il tarixinə pensiyaların orta aylıq məbləği 596 manat, o cümlədən yaşa görə orta aylıq pensiyanın məbləği 634 manat təşkil edib.

HİT.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Müqayisə üçün bildirək ki, bir ay əvvəl – avqustun 1-i vəziyyətinə pensiyaların orta aylıq məbləği 595 manat, yaşa görə orta aylıq pensiyanın məbləği isə 633 manat olub. Beləliklə, bu ilin avqust ayında həm pensiyaların orta aylıq məbləği, həm də yaşa görə orta aylıq pensiyanın məbləği 1 manat artıb.
 

0