Rektor təyin edilən Nurəli Yusifbəyli kimdir? - Dosye

SOSİAL
18:59 / 05.05.2026
50

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev imzaladığı Sərəncamla Nurəli Adil oğlu Yusifbəyli Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilib.

HİT.az rektor təyin edilən Nurəli Yusifbəylinin dosyesini təqdim edir.

Nurəli Yusifbəyli 28 mart 1963-cü ildə Azərbaycanda anadan olub. 1980-ci ildə Kiyev Politexnik İnstitutu-nun Elektroenergetika fakültəsinə daxil olmuş, 1986-cı ildə “Elektrik sistemlərinin kibernetikası” ixtisası üzrə ali təhsilini başa vurub. 1990–1994-cü illərdə Azərbaycan Elmi-Tədqiqat Energetika İnstitutunun aspiranturasında təhsil alıb. 1997-ci ildə namizədlik, 2004-cü ildə isə doktorluq dissertasiyasını müdafiə edib. Texnika elmləri doktoru, professordur.

1986–1989-cu illərdə Sumqayıt 1 saylı İstilik Enerji Mərkəzində müxtəlif vəzifələrdə çalışıb. 1989–2002-ci illərdə Azərenerji sistemində dispetçer, baş dispetçer, baş mühəndisin müavini və digər rəhbər vəzifələrdə fəaliyyət göstərib. 2002–2009-cu illərdə Mərkəzi Dispetçer İdarəsinin rəisi, 2009–2012-ci illərdə Energetika üzrə Elmi-Tədqiqat və Layihə İnstitutunun direktoru olub. 2012–2014-cü illərdə Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyində müxtəlif rəhbər vəzifələrdə çalışıb.

2015-ci ildə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi sədrinin müavini təyin edilib, 2020-ci ildə vəzifəsindən azad olunub. 2021-ci ildən Azərbaycan Texniki Universiteti-nin Tədris işləri üzrə prorektoru vəzifəsində fəaliyyət göstərib.

Ailəlidir, iki övladı var.

0