Son 34 ildə Azərbaycanda doğulan uşaqların sayı 2 dəfə azalıb

SOSİAL
22:54 / 11.05.2026
51

2025-ci ildə ölkədə cəmi 95 min 875 uşaq doğulub ki, bu da 1991-ci ildən bəri ən aşağı göstəricidir.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ən yüksək doğum 1991-ci ildə qeydə alınıb. Həmin il ölkədə 190 min 353 diri doğulan uşaq qeydə alınıb.

Sonrakı illərdə doğum sayında azalma müşahidə olunub.

1991-ci il — 190 353 doğum
1995-ci il — 143 315 doğum
2000-ci il — 116 994 doğum
2001-ci il — 110 356 doğum

2004-cü ildən sonra doğum statistikasında yenidən artım qeydə alınıb. Bu tendensiya xüsusilə 2010–2011-ci illərdə pik həddə çatıb. 2011-ci ildə Azərbaycanda 176 min 72 uşaq doğulub. Bu, müstəqillik dövründə 1991-ci ildən sonra ən yüksək ikinci göstərici hesab olunur.

2010-cu illərin ortalarından etibarən isə yenidən azalma başlayıb.

2010 — 165 643
2011 — 176 072
2012 — 174 469
2015 — 166 210
2017 — 144 041

2020-ci ildən sonra doğum sayında eniş daha da sürətlənib. Pandemiya dövrü və sonrakı illərdə göstəricilər ardıcıl olaraq aşağı düşüb.

2020 — 126 571
2021 — 112 284
2022 — 122 846
2023 — 112 620
2024 — 102 310
2025 — 95 875

Beləliklə, son 34 ildə Azərbaycanda doğulan uşaqların sayı təxminən iki dəfə azalıb.

0