İstintaqdan yayınan şəxs aparıcı Fira Cəlilovanın evində ələ keçdi

HADİSƏ
09:49 / 27.11.2026
40

Aparıcı Fira Cəlilovanın Novxanı qəsəbəsində yerləşən bağ evinə basqın edilməsi ilə bağlı iddialara aydınlıq gətirilib.

HİT.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən bildirilib ki, Novxanı qəsəbəsində yerləşən bağ evlərinin birində axtarışda olan şəxsin yeri müəyyən olunub.

Tədbirlərlə istintaqdan yayınaraq gizlənən, əvvəllər dəfələrlə məhkum olunmuş Əlihüseyn Hüseynov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.

Xatırladaq ki, aparıcı Fira Cəlilova Novxanıda yerləşən bağ evinə basqın edildiyini bildirib.

O, bu barədə “Instagram” hesabında paylaşım edib.

Aparıcının sözlərinə görə, hadisə noyabrın 26-da saat 22:00 radələrində baş verib. Beş avtomobillə gələn təxminən 15 naməlum şəxs onun bağ evinə basqın edib.

Fira Cəlilova evdən üç mobil telefon, təxminən 20 min manat dəyərində qədimi boyunbağı, 10 min manat dəyərində bir cüt brilyant sırğa, həmçinin domofon sistemi, müşahidə kameraları və digər elektron avadanlıqların oğurlandığını iddia edib.

0