Nabran İkinci Yalama Turist qəsəbəsi sakinləri öz dərdlərini nə Xaçmaz rayon icra Hakimiyyətinə çatdıra bilirlər, nə də yerli bələdiyyəyə.
Sakinlər turizm zonası sayılan qəsəbənin yollarının bərbad vəziyyətdə olmasından gileylidirlər.
Hit.az-a müraciət edən nabranlılar deyirlər ki, adı turist qəsəbəsi olsa da buranın yolları, işıqları, natəmizliyi turistqaçırandır.
“Yolda maşınla getsən nəinki böyrəyindəki daşlar, az qalır böyrəyin qopub düşsün. Çala-çuxur yollar yağışda gölməçə olur, görünməz təhlükəyə çevrilirlər. Yağış olmayanda da bu bərbad yollarla maşın sürmək üçün gərək Şumaxer qədər peşəkar sürücü olasan. İşıq xətlərimiz qırıqdır, külək olmamış kəsilir. İnternet bərbad, küçələr zibillik, baxmsız. Bu qəsəbəyə niyə bu qədər ögey münasibət bəsləyirlər bilmirik”, deyə sakinlər qeyd ediblər.
İndi qsəbə sakinlərini bir sual düşündürür. Əcəba adı Turist olan bu bölgədə bu baxımsızlıq nəyə xidmət edir? Turist qaçırmağa, ya ekzotik görkəmlə turist cəlb etməyə?
Murad