Son araşdırmalara görə, turistlər getdikcə daha çox tək səyahət etməyə üstünlük verirlər, çünki dost və qohumlarla planlaşdırma zamanı yaranan sonsuz müzakirələr yorucu olur. Lakin birgə səfərin uğuru həm də yol yoldaşlarının seçilməsindən asılıdır.
HİT.az xəbər verir ki, populyar “Wolters World” YouTube kanalının aparıcısı, təcrübəli səyahətçi Mark Volters tətilə getmək üçün uyğun olmayan 5 tip insanı açıqlayıb.
1. Dram sevənlər
Voltersin sözlərinə görə, belə insanlarla səfərə çıxmazdan əvvəl özünüzə bir sual vermək lazımdır: bir-iki həftə davamlı dramaya dözə biləcəksinizmi?
O, belə insanlarla yalnız qısa, 1–2 günlük səfərlərə getməyi tövsiyə edir ki, münasibətlər və tətil tamamilə pozulmasın.
2. Münaqişə yaradanlar
Ekspert deyir ki, konfliktə meyilli və dava salmağı sevən insanlarla səyahət etmək risklidir. Belə şəxslər səfər zamanı asanlıqla problem yarada və hətta hüquqi çətinliklərə səbəb ola bilərlər.
3. Fərqli maliyyə yanaşması olanlar
Voltersin sözlərinə görə, pul məsələsi tətili ciddi şəkildə poza bilər. Bəzi dostlar çox qənaətcil olub maraqlı yerlərdən imtina edə, digərləri isə sizin büdcənizi aşan xərclərə üstünlük verə bilər.
Həmçinin hər şeyi bərabər bölən, kimin nə sifariş etdiyini nəzərə almayan yanaşma da narazılıq yaradır. Ekspert səfərdən əvvəl maliyyə mövzusunun mütləq müzakirə olunmasını tövsiyə edir.
Alternativ olaraq o, hər kəsin istədiyi aktivliyi ayrı etməsini və sonra yenidən birləşməsini məsləhət görür.
4. Münasibəti qeyri-müəyyən olan partnyorlar
Birgə səyahət 24 saat ünsiyyət deməkdir. Əgər münasibətlər sabit deyilsə və ya insanlar bir-birini yaxşı tanımırsa, konfliktlər daha da dərinləşə bilər.
5. Fərqli səyahət üslubu olan insanlar
Volters özü səhər tezdən oyanıb gəzməyi sevir, bəziləri isə gecə həyatını və ya alış-verişi üstün tutur. Bu fərqlər kompromissiz vəziyyətdə ciddi mübahisələr yarada bilər.
O bildirir ki, səyahətdən əvvəl planların və gözləntilərin müzakirə olunması vacibdir, əks halda “mən bu qədər pul xərcləyib niyə oteldə oturmalıyam?” kimi narazılıqlar ortaya çıxa bilər.
Samir


