Lefke Avropa Universiteti Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti, “Milenium Konqres Turizm” şirkətinin rəhbəri, turizm mütəxəssisi Ruslan Quliyevin vəfatı ilə bağlı başsağlığı verib.
Hit.az xəbər verir ki, bununla bağlı paylaşım edilib:
“Universitetimizin Azərbaycan təmsilçisi, qiymətli Ruslan Quliyevin vəfat xəbərini dərin bir kədərlə öyrəndik. Mərhuma Allahdan rəhmət, yaslı ailəsinə səbr və başsağlığı diləyirik”.




