"Volkswagen" 7 minə yaxın avtomobili GERİ ÇAĞIRDI

AVTO
10:59 / 14.09.2023
1249

Almaniyanın dünyaca məşhur avtomobil istehsalçısı "Volkswagen" yenidən sürpriz addımı ilə diqqət mərkəzinə düşüb.

HİT.az xəbər verir ki, sözügedən firmaya məxsus "Porsche" və "Audi" markaları 7 minə yaxın avtomobili geri çağırıb.

Buna səbəb həmin avtomobillərdə yanğın çıxma ehtimalının meydana gəlməsidir. Bildirilib ki, "Audi e-tron GT" və "Porsche Taycan" elektromobil modellərində akkumulyatorun alışmasına səbəb ola biləcək təhlükəli qüsur aşkarlanıb.

Geri çağırılma qərarı 2023-cü ildə istehsal edilən 4777 ədəd "Porsche Taycan", eləcə də 1899 ədəd "Audi e-tron GT" və "Audi RS e-tron GT" modellərini əhatə edəcək. 

Qeyd olunub ki, nəqliyyat vasitələri yoxlanılacaq və alışmaya səbəb olan maye sızan mühərriklər yenisi ilə əvəz olunacaq.

Pərviz

0