Çindən Avropa İttifaqı və ABŞ-yə qarşı ŞOK HƏMLƏ

AVTO
11:33 / 23.05.2024
1667

Avropa İttifaqı (Aİ) ölkələrinin Çin avtomobillərinə qarşı addımlarına Pekindən cavab gəlib.

Hit.az xəbər verir ki, Çin də Avropa İttifaqı və ABŞ avtomobillərinə əlavə vergi tətbiq edə bilər.

Son məlumatlara görə, Pekin hakimiyyəti sözügedən avtomobillərə tətbiq olunan vergini 25 faizə qədər qaldırmağı düşünür. 

Dünyanın ən böyük avtomobil bazarlarından biri olan Çində bu addımın atılmasının qiymətlərə ciddi təsir edəcəyi proqnozlaşdırılır. Bu, Çində xarici markaların satışını da kəskin azalda bilər. 

Xatırladaq ki, Avropa İttifaqı ölkələrində ABŞ-də Çin istehsalı olan elektromobillərə tətbiq olunan vergilərin fantastik həddə çatdırılması tərəflər arasında gərginliyin başlamasına səbəb olub. Çin avtomobillərinin çox ucuz olması səbəbilə bazarda rəqabəti azaltdığı əsas gətirilərək vergilər artırılıb. 

Pərviz

0