"Nissan" ətir istehsal etdi - FOTO

AVTO
11:51 / 24.05.2024
1702

Dünyanın ən böyük avtomobil istehsalçılarından olan "Nissan" sürpriz addım atıb.

Hit.az xəbər verir ki, şirkət bu dəfə ətir istehsal edib.

Ətir "Smell My Dust" (Tozumu ud) adlanır. Nə qədər qəribə olsa da, ətir təkər və albalı çiçəyi iyi verir. Sözügedən ətir 25-26 mayda Şanxay da təşkil olunacaq "Formula E" yarışında təqdim olunacaq. 

"Nissan"ın bu addımı olduqca marağa səbəb olub. Ancaq bu, şirkətin ilk ətir istehsalı deyil. "Nissan" tərəfindən daha öncə isə avtomobillər üçün hazırlanan qoxular istehsal olunub. 

Pərviz

0