"Porsche"nin satışları azaldı - SƏBƏB

AVTO
09:55 / 11.07.2024
1065

Almaniyanın ən ən populyar avtomobil istehsalçılarından olan "Porsche" bu dəfə mənfi statistika ilə diqqət çəkib.

Hit.az xəbər verir ki, dünyaca məşhur brendin satışları azalıb.

Daha dəqiq desək, "Porsche" 2024-cü ilin ilk 6 ayında sadəcə 155 min 945 avtomobil satmağa nail olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 faiz azdır. Satışların bu qədər azalmasına səbəb isə Çindəki tələbatın aşağı düşməsidir.

Belə ki, alman nəhəngi cari ildə Çinə 29 min 551 avtomobil təhvil verib. Bu isə illik 33 faizlik azalma deməkdir. Şirkət bununla bağlı açıqlama verərək, satışlarının azalmasının Çinlə birbaşa əlaqəli olduğunu bəyan edib:

"Satışlarımızın azalması Çin bazarındakı gərgin iqtisadi vəziyyət və  oradakı insanların daha ucuz avtomobillərə yönəlməsidir".

Qeyd edək ki, "Porsche"nin satdığı avtomobillərin təkcə 20 faizi Çinin payına düşür. Ona görə də Çindən təlabatın azalması satışlara çox ciddi şəkildə təsir göstərir.

Pərviz

0