Ustad aktyor “Təşkilat”da

MƏDƏNİYYƏT
10:09 / 24.08.2026
169

Türkiyənin “TRT1” telekanalının reytinqləri alt-üst edən serialı “Təşkilat” heyətini gücləndirməyə davam edir.

Hit.az xəbər verir ki, məşhur aktyor Uğur Yücel də ekran işində çəkiləcək.

O, layihədə “Altay”ın qayınatası “Barlas” obrazı ilə izləyicilərin qarşısına çıxacaq. “Təşkilat” daha əvvəl Bensu Soral, Serhat Kılıç və Duygu Sarışın kimi ulduzları da heyətinə qatıb.

Qeyd edək ki, ustad aktyor karyerası ərzində “İçerde”, “Kırmızı Oda”, “Eşkıya Dünyaya Hükümdar Olmaz”, “Halef: Köklerin Çağrısı” və “Eşref Rüya” kimi yüksək reytinqli seriallarda rol alıb.

Pərviz

0