Tarixin 24 avqustu...

MARAQLI
11:25 / 24.08.2026
139

Bu gün tarixin vərəqlərində 24 avqustdayıq.

Hit.az xəbər verir ki, bu gün sıra tarixi hadisələrlə yadda qalıb.

Həmçinin, 24 avqust bir sıra görkəmli şəxsin doğum günü kimi xatırlanır. Eyni zamanda, bəzi tarixi şəxslərin də vəfat günü bu günə təsadüf edir. Onu da qeyd edək ki, bu gün Liberiyada Bayraq Günü, Uruqvayda isə Nostalgiya Gecəsidir. Beləliklə, tarixin 24 avqustuna nəzər salırıq.

24 avqustda baş verənlər:
1949-cu ildə NATO təsis olunub. 1991-ci ildə Ukrayna özünü Sovet İttifaqından ayrılaraq müstəqilliyini elan edib. 2006-cı ildə Beynəlxalq Astronomiya İttifaqı “planet” terminini yenidən müəyyənləşdirib və Pluton cırtdan planet kateqoriyasına daxil edilib.

24 avqustda doğulanlar:
1972-ci ildə polkovnik Tehran Mənsimov və 1988-ci ildə meyxanaçı Vüqar Biləcəri doğulub.

Həmçinin, 1880-ci ildə Osmanlı şahzadəsi Aliyə Sultan, 1907-ci ildə isveçrəli memar Bruno Cakometti, 1922-ci ildə amerikalı tarixçi Hovard Zinn, 1923-cü ildə sovet aktyoru Yuli Karasik, 1947-ci ildə braziliyalı yazıçısı Paulo Koelyo, 1948-ci ildə fransız bəstəkar Jan Mişel Jarr, 1948-ci ildə gürcü kinorejissor Nana Corcadze və 1977-ci ildə alman futbolçu Robert Enke dünyaya gəlib.

24 avqustda vəfat edənlər:
1992-ci ildə Milli Qəhrəman baş leytenant Yunis Nəcəfov Birinci Qarabağ müharibəsi zamanı şəhid olub.

2017-ci ildə Əməkdar incəsənət xadimi, bəstəkar Rəşid Şəfəq, 1680-ci ildə niderlandlı rəssam Ferdinand Bol, 1770-ci ildə ingilis şair Tomas Çatterton, 1888-ci ildə alman fizik və riyaziyyatçısı Rudolf Klauzius, 1894-cü ildə amerikalı səyyah Renald Makdonald, 1986-cı ildə gürcü etnoqraf Georgi Çitaya, 2010-cu ildə yapon kinorejissor Satoşi Kon və 2014-cü ildə ingilis aktyoru Riçard Attenboro vəfat edib.

Pərviz

0