Ağır qəzaya düşən Xalq artisti Şükufə Yusupovadan xəbər var

HADİSƏ
11:02 / 24.08.2026
62

Xalq artisti Şükufə Yusupovanın müalicəsi palata şəraitində davam etdirilir.

Bu barədə HİT.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilib.

Bildirilib ki, avqustun 21-də Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 1954-cü il təvəllüdlü Xalq artistinin müalicəsi hazırda palata şəraitində davam etdirilir.

"Onun vəziyyəti hazırda stabil qiymətləndirilir", - deyə məlumatda vurğulanır.

Xatırladaq ki, avqustun 21-də Ş.Yusupova evdən çıxarkən onu piyada zolağının üstündə maşın vurub.

0