Tramp Lukaşenkoya neft satmağa başladı

00:25 / 17.05.2020
1023

Belarus ABŞ neftini qəbul etməyə başlayıb.

Belarusun xarici işlər naziri Vladimir Makey tədarükün fevralın 15-dən başlayaraq həyata keçirildiyini deyib.

Nazir açıqlamasında bunun ABŞ-ın dövlət katibi Maykl Pompeonun 2020-ci fevralın 1-də Belarusa səfəri zamanı Prezident Aleksandr Lukaşenko ilə görüşündə əldə edilmiş razılaşmalardan sonra mümkün olduğunu bildirib.

Makeyinin sözlərinə görə, Amerika neftinin tədarükü mənbələri şaxələndirmək və ölkənin neft emalı kompleksinin dayanıqlı işini təmin etmək baxımından dövlətin strategiyasının tərkib hissəsidir. ABŞ ilə neft sektorunda əməkdaşlıq isə dövlətin enerji təhlükəsizliyinin vacib elementi kimi qəbul edilir.

Makeyi, həmçinin Minskin ABŞ ilə tərəfdaşlığı gücləndirmək maraqları çərçivəsində fəaliyyətini davam etdirəcəyini söyləyib.

 

0
Cebhe.info