Məşhur Hollivud aktyoru vəfat etdi

DÜNYA
17:00 / 17.05.2020
1180

Məşhur Hollivud aktyoru Fred Uillard 81 yaşında Los-Ancelesdə vəfat edib.

Bu barədə “Hollivud Reporter” məlumat yayıb.

Aktyorun agenti Maykl Ayzenştadt onun təbii səbəblərdən öldüyünü deyib.

“O, sakit şəkildə öldü. Hərəkət etməyə, işləməyə və sona qədər bizi xoşbəxt etməyə davam etdi. Onu çox sevirdik. Hər zaman onun üçün darıxacağıq”, – aktyorun qızı bildirib.

Qeyd edək ki, Fred Uillard 4 dəfə “Emmi” mükafatına sahib olmuşdu. “Dostlar”, “Ulduz qapıları”, “Amerika piroqu” kimi məşhur serial və filmlərdə çəkilmişdi.(kult.az)

0
Onn.az