DÜNYA
09:22 / 18.05.2020
893

Koronavirus Harvard professorunu milyarder etdi

Koronavirusun yayılması ilə sərvərini artıranlardan biri də Harvard Universitetinin tibb professoru 72 yaşlı Timoti Springer olub.

Hit.Az bizplus.az-a istinadən bildirir ki, keçmişdə "Moderna" biotexnoloji şirkətinə 5 milyon dollar sərmayə qoyan Springer pandemiya səbəbilə "Moderna"nın səhmlərinin sıçrayışı ilə milyarder olub. Keçmişdə Springerin aldığı səhmlərin dəyəri indi 800 milyon dollara yüksəlib.

Qeyd edək ki, bu il ABŞ-da fəaliyyət göstərən biotexnologiya şirkəti Moderna koronavirusa qarşı vaksinlər istehsal etməyə çalışdığı üçün səhmləri 152% artıb. Moderna dünyada peyvənd tətbiq etməyə başlayan az sayda şirkətdən biridir.

0
Milli.az