Ərdoğan Türkiyə xalqından üzr istədi

DÜNYA
20:49 / 10.05.2020
2098

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xalqdan üzr istəyib.

Ərdoğan onlayn konfransda çıxışı zamanı koronavirusla bağlı yaranan narahatlığa görə Türkiyə xalqından üzr istəyib.

"Sizin kimi mənim ailəm də koronavirus pandemiyasından əziyyət çəkir. Əgər verilən qərarlardan dolayı hər hansı narahatlıq yaşayırsınızsa, buna görə sizdən üzr istəyirəm", deyə Ərdoğan bildirib.

0
Teleqraf.com