Almaniyada türklərə hücum edən İŞİD-çi tutuldu

02:58 / 11.05.2020
2364

Almaniyada Bavariya polisi Valdkrayburq şəhərində türklərin obyektlərinə dəfələrlə hücumlar edən İŞİD terror təşkilatının üzvünü saxlayıblar.

“RİA Novosti” xəbər verir ki, bu barədə polisin regional mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, saxlanılan şəxs əslən Türkiyədən olan 25 yaşlı Almaniya vətəndaşıdır. O, 16 aprel tarixindən 6 maya qədər türklərin işlətdiyi müxtəlif təyinatlı obyektlərə hücum təşkil etməkdə şübhəli bilinir.

İŞİD üzvü türklərin işlətdiyi bərbərxanaya, pizzaçıya və kabab dükanını daşlayıb. Sonuncu dəfə aprelin 27-də ərzaq mağazasını yandırıb. Yanğın nəticəsində 27 nəfər binadan təxliyə edilib. Nəticədə bir neçə nəfər xəsarət alıb, binaya ciddi ziyan dəyib.

Şübhəli şəxs 8 mayda Mühldorf şəhərinin dəmiryolu vağzalında biletsiz qatara mindiyi üçün saxlanılıb. Onun əl çantasına baxış keçirən polis orada kustar üsulla hazırlanan partlayıcı maddə aşkar edib. Nəticədə vağzal boşaldılıb və sərnişinlərin girişinə qadağa qoyulub.

Onun evinə baxış keçirilən zamanı partlayıcı maddələr və silah tapılıb. Nəticədə, polis təhlükəli materialları təhlükəsiz əraziyə aparmaq üçün binalardan ümumilikdə 84 nəfəri təxliyə etməli olub.

0
Report.az