İsveçdən korona etirafı: Səhvə yol verdik

09:00 / 11.05.2020
1454

İsveçdə COVİD-19 səbəbindən ölənlərin sayının çox olması qocalar evində pandemik vəziyyətə nəzarət edə bilməməyimizdən qaynaqlanır.

Bunu İsveçin Xalq Səhiyyə Təşkilatının sədri Anders Teqnel deyib.

O, virusun qocalar evində bu qədər sürətlə yayılacağını gözləmədiklərini bildirib:

"Təəssüf ki, yaşlı vətəndaşlarımızı qoruya bilmədik. Nəticədə ölü sayı kəskin artdı. Bu sahədə araşdırma aparacağıq ki, növbəti dəfə belə vəziyyətin qarşısını vaxtında ala bilək".

Qeyd edək ki, 10 milyon əhalisi olan İsveçdə bu vaxta qədər 3225 nəfər koronavirusdan ölüb.

2
Axar.az