ABŞ-da keçirilən prezident seçkilərinin ilkin nəticəsi açıqlandı

09:51 / 04.11.2020
1577

ABŞ-da keçirilən prezident seçkilərinin ilkin nəticələri açıqlanıb.

“RİA Novosti”nin xəbərinə görə, Respublikaçı Tramp gözlənildiyi kimi İndiana, Kentukki və Nyu-Hempşir ştatlarında liderlik edir. İndianada bülletenlərin 1%-nin hesablanmasından sonra o, 72% səs toplayıb. Kentukkidə isə Tramp 10 minə yaxın, onun rəqibi – Demokrat Cozef Bayden 2,8 min səs toplaya bilib.

Nyu-Hepşirdə səslərin hesablanması yenicə başlayıb. Hazırda Trampın 16, Baydenin 10 səsi var.

Qeyd edək ki, ABŞ-da ilk seçki məntəqləri İndiana və Kentukkidə bağlanıb.

2
Qafqazinfo.az