Putin geniş mətbuat konfransı keçirəcək - Vaxt açıqlandı

DÜNYA
13:21 / 27.11.2020
1059

Rusiya Prezidenti Vladimir Putin dekabrın 17-də ilin yekunlarına həsr olunan geniş mətbuat konfransı keçirəcək.

HİT.Az xəbər verir ki, məlumatı Kremlin mətbuat xidməti yayıb.
 
Bildirilib ki, noyabrın 29-da saat 12.00-da Rusiya prezidentini Mətbuat xidməti və informasiya idarəsi jurnalistlərin akkreditasiyasına başlayacaq.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin böyük mətbuat konfransını 2001-ci ildən keçirir.

0