İran SEPAH generalının öldürülməsini təkzib etdi - YENİLƏNİB

DÜNYA
15:30 / 01.12.2020
1047

SEPAH generalının İraqda öldürülməsi haqqında məlumat informasiya təxribatıdır.

HİT.Az axar.az-a istinadən xəbər verir ki, bu məlumatı İran Xarici İşlər Nazirliyi yayıb.

Qeyd edək ki, bundan öncə “Əl Ərəbiyə” televiziyası İraq-Suriya sərhədində SEPAH komandiri Müslüm Şahdanın öldürüldüyünə dair informasiya yaymışdı. Məlumatda onun avtomobilinin PUA ilə məhv edildiyi açıqlanmışdı.

****** 

İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) İraqdakı komandiri Müslüm Şahdan öldürülüb.

HİT.Az xəbər verir ki, bu barədə “Əl-Ərəbiyə” kanalı məlumat yayıb. Onun Suriya-İraq sərhədində dron hücumu nəticəsində həlak olduğu bildirilib.

Şahdanın kortejinin noyabrın 29-da vurulduğu deyilir.

Qeyd edək ki, daha əvvəl də SEPAH-ın Qüds korpusunun kopmandanı, general Qasım Süleymani öldürülmüşdü.

0