Rusiyanın NTV kanalının jurnalistləri Türkiyədə saxlanıldı

DÜNYA
19:07 / 04.12.2020
1225

Türkiyədə NTV-nin "Mərkəzi Televiziya” proqramının əməkdaşları yerli hakimiyyət orqanları tərəfindən saxlanılıb. 

Bu haqda NTV kanalının mətbuat xidməti məlumat verib. 

Xəbərdə qeyd olunur ki, Aleksey Petruşko və İvan Malışkin dünən dekabrın 3-də, səhər vaxtı İstanbul ətrafı ərazilərdən birində polis tərəfindən tutulduqlarını redaksiyaya çatdırıblar.

Bundan sonra Petruşko axşam saat 9 radələrində hələ sərbəst buraxılmadıqları barədə bir mesaj göndərib. Rus jurnalistlər bundan sonra bir daha əlaqə qurmayıblar.

Rusiya Xarici İşlər Nazirliyi və Rusiyanın Türkiyədəki Baş Konsulluğu bu məsələni araşdırmağa başlayıb.

0
Qaynarinfo