Ermənilərə vaxt verildi: Döyüş silahlarını qaytarmalıdırlar

09:01 / 19.12.2020
2774

Qarabağda döyüş əməliyyatları aparmaq üçün verilmiş silahlar 10 yanvar 2021-ci ilə qədər geri qaytarılmalıdır. 

Bu tələb Dağlıq Qarabağda silah-sursat almış Ermənistan vətəndaşlarına aiddir. Erməni KİV-i yazır ki, silah, döyüş sursatı, rabitə vasitələri, rəsmi qeydiyyata alınan cihazlar, həmçinin digər xüsusi cihazlar (gecə və gündüz görmə üçün, teplovizorlar və nişangahlar) təhvil verilməlidir.

Silahı qaytarmayanlar yanvarın 11-dən Ermənistan qanunları ilə təqib olunacaqlar.

0
Yenisabah.az