Əlcəzair səhrasında tapılan meteoritin Yer kürəsindən qədim olduğu məlum olub.
Hit.az xəbərverir ki, araşdırmaya görə, 2020-ci ildə Əlcəzairin Səhra çölündə tapılan meteoritin yaşı 4,6 milyard il əvvələ dayanır. Bu da meteoritin təxminən 4,5 milyard yaşında olduğu deməkdir.
Fransanın Qərbi Bretani Universitetində geokimyaçı Janna-Alisa Barranın rəhbərliyi altında olan elmi qrup 2020-ci ilin mayında Əlcəzairin Səhra çölündə tapılan meteoritin Yer kürəsinin yaranmasından əvvəlki vulkanik qaya parçası olduğunu açıqlayıb.
Universitet tərəfindən hazırlanan araşdırma hesabatında yazılır: "Meteorit bu günə qədər analiz edilən ən qədim maqmatik qaya və proto-planetləri örtən primitiv qabıqların meydana gəlməsinə işıq tutur".
Fransa alimləri "Erg Chech 002" adlı meteoritin Günəş sisteminin meydana gəlməsi əsnasında daha böyük qayalıq planetlər tərəfindən məhv olan və ya əmilən kiçik itkin planetdən gəldiyini söyləyir.
Mütəxəssislərin fikrinə görə, uzun yol qət edən meteorit təxminən 100 il əvvəl Yer kürəsinə düşüb. (publika.az)