Putini göz yaşlarına boğan tablo (FOTO)

13:24 / 11.05.2020
2626

Rusiya prezidenti Vladimir Putin onu ən çox kövrəldən II Dünya Müharibəsi məzmunlu rəsm tablosunu açıqlayıb.

“Rossiya 1” telekanalında yayımlanan “Moskva. Kreml. Putin” proqramında 2019-cu ildə çəkilmiş reportajdan bir frqament göstərilib.

Fraqmentdə Rusiya prezidenti Taras Qaponenkonun “Kölə sahibləri” adlı tablosundan çox təsirləndiyini dilə gətirib. Putin tabloda nasist əsgərlər tərəfindən öldürülən rus qadının təsvir edildiyindən danışıb: “Qadının üzərində kiçik bir uşaq, hələ körpə olan uşaq var. Bu səhnə insanı göz yaşlarına boğur”.

Putin fikirlərinə “II Dünya Müharibəsində Nasist Almaniyasına qarşı zəfər əldə olunmasaydı, SSRİ-də yaşayan rus və digər bütün xalqlar yox olardı” sözlərini əlavə edib.

 

0
Publika.az