Türkiyədə planlaşdırılan terror aktının qarşısı alındı

DÜNYA
18:45 / 30.07.2021
1245

Türkiyədə planlaşdırılan terror aktının qarşısı alınıb.

HİT.az Anadolu agentliyinə istinadla xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyi yayıb.

Məlumatda bildirilib ki, təhlükəsizlik qurumlarının əməkdaşlarının iyulun 29-da Mardin-Kızıltəpə avtomagistralında saxladıqları avtomobildə iki kiloqram çəkidə kustar üsulla hazırlanmış bomba aşkarlanıb. Həmin bombaların aşkarlandığı şəxsin PKK/KCK terror təşkilatının üzvü olduğu müəyyən edilib.

Faktla bağlı Mardin Polis İdarəsində istintaq aparılır.

0