Ermənistanın yeni müdafiə naziri kim oldu?

DÜNYA
16:33 / 02.08.2021
1165

Ermənistan Prezdenti Armen Sarkisyan ölkəyə yeni müdafiə nazirinin təyin olunması haqqında sərəncam imzalayıb.

HİT.az xəbər verir ki, sərəncama əsasən, general-mayor Arşak Karapetyan müdafiə naziri təyin edilib.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan müdafiə naziri vəzifəsinə Arşak Karapetyanın təyin olunmasını təklif edib. O, avqustun 2-də Ermənistan müdafiə nazirinin birinci müavini vəzifəsindən azad olunub.

0