Türkiyə meşələrindəki 12 yanğından 7-si söndürüldü

DÜNYA
18:59 / 07.08.2021
1105

Bu gün Türkiyənin cənubundakı meşələrdə 12 yanğın ocağından 7-si söndürülüb.

HİT.az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya departamentinin rəhbəri Fəxrəddin Altun “Twitter” səhifəsində yazıb.

Hazırda 4-ü Muğlada və 1-i Spartada olmaqla, 5 meşə yanğınının söndürülməsi istiqamətində səylər davam edir.

İndiyə qədər meşə yanğınlarında 8 nəfər həyatını itirib, 864 nəfər xəsarət alıb.

0