Daha iki əyalət “Taliban”nın nəzarətinə keçdi

DÜNYA
21:00 / 07.08.2021
996

Əfqanıstanda daha iki əyalət “Taliban” Hərəkatının nəzarətinə keçib.

HİT.az “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, “Taliban” Əfqanıstanın cənub-qərbində yerləşən Nimroz və ölkənin şimalında yerləşən Cauzcan əyalətlərinin nəzarətlərinə keçdiyini bəyan edib.

Əfqanıstanın "Tolo News" telekanalı da döyüşlərin getdiyi Cauzcan əyalətinin mərkəzi Şiberqan şəhərinin artıq “Taliban” Hərəkatının nəzarətinə keçdiyi və bununla əlaqədar şəhərdə radio və televiziya yayımının dayandığı barədə məlumat yayıb.

0