Rusiyada vulkan püskürdü: kül dumanı 3 min metrə qalxdı - VİDEO

09:00 / 30.08.2021
2049

Rusiyanın Kamçatka bölgəsində Şiveluç vulkanı yenidən aktivləşib.

Bu barədə Rusiyanın Regional Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Vulkandan çıxan kül dumanı 3 min metr yüksəkliyə qalxıb.

Sakinlər və turistlərə xəbərdarlıq olunub ki, vulkanın yaxınlığına doğru hərəkət etməsinlər.

Qeyd edək ki, Şiveluç vulkanı yaşayış məntəqələri yaxınlığında yerləşir.

1
baku.ws