"Ədalətsizliyə son qoyuldu və Azərbaycan öz torpaqlarını geri qaytardı" - Ərdoğan

DÜNYA
12:01 / 04.11.2021
1560

Azərbaycan öz torpaqlarını geri qaytardı və bununla da, 30 illik ədalətsizliyə son qoyuldu".

Hit.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın VIII Qlobal Bakı Forumunun iştirakçılarına ünvanladığı və Türkiyənin sabiq Baş naziri Binəli Yıldırımın səsləndirdiyi müraciətdə deyilir.

Türkiyə Prezidenti öz müraciətində Ermənistanın, təxminən, 30 il ərzində Azərbaycan torpaqlarının 20%-ni işğal altında saxladığını, nəticədə minlərlə insanın ev-eşiyindən məhrum olduğunu, xeyli insanın itkin düşdüyünü xatırladıb.

“Azərbaycan uzun müddət gözlədi. Axır ki, ədalətsizliyə son qoyuldu və Azərbaycan öz torpaqlarını geri qaytardı”, - R.T.Ərdoğan bildirib.

O, Türkiyənin uzun illər heç bir münasibət saxlamadığı Ermənistan ilə münasibətləri inkişaf etdirmək təşəbbüsü ilə çıxış etdiyini vurğulayaraq, gələcəyə baxmağın vacibliyini deyib: “Əsas vəzifələrimizdən biri regiondakı bütün ölkələr arasında dost münasibətlərinin qurulmasıdır. Biz, Qafqazda sülhün bərqərar olmasına xüsusi töhfə veririk”.

0