Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Belarus Prezidenti Aleksandr Lukaşenkonun ölkə ərazisində Rusiyanın nüvə silahının yerləşdirilməsi ehtimalı barədə çıxışına münasibət bildirib.
Rusiya XİN rəhbərinin fikrincə, Lukaşenkonun bu sözləri Qərbə xəbərdarlıq kimi qəbul edilməlidir.
“Mən bu açıqlamanı Qərbin yürütdüyü həmin səriştəsiz siyasətə ciddi xəbərdarlıq kimi qəbul edərdim”, - deyə S.Lavrov bildirib. (oxu.az)