“Twitter” Xameneinin hesabını həmişəlik bloklayıb - FOTO

DÜNYA
18:28 / 15.01.2022
621

“Twitter” sosial şəbəkəsi İranın ali lideri Əli Xameneinin hesablarından birini həmişəlik bağlayıb.

“Azad İran” “Telegram” kanalı xəbər verir ki, “Twitter” öncə Xameneinin paylaşımını silib, lakin daha sonra onun səhifəsini tamamilə bloklamağı qərara alıb.

“Twitter” şirkəti ötən bir il ərzində artıq ikinci dəfədir ki, İran liderinin sosial şəbəkə hesablarından birini silir.

Qeyd edək ki, “Twitter”in belə bir addım atması İran rejiminin Qasım Suleymaninin intiqamını alacağına dair Amerikanın sabiq prezidenti Donal Trampa qarşı sui-qəsdlə bağlı Xameneinin saytında animasiya filminin yayılmasından sonra baş verib.

 

0