“Putinlə Zelenski hər an görüşə bilər”

DÜNYA
23:45 / 20.04.2022
1362

“Antalyadakı görüşlərdə biz də bir nəticə olacağını gözləmirdik. Vacib olan tərəfləri bir araya gətirmək idi. İstanbuldakı görüşlərdən sonra ümidlərimiz artmışdı, amma qətliam görüntüləri yayıldıqdan sonra İstanbul razılaşmasından uzaqlaşdılar. Tərəflər hələ də müzakirələri davam etdirirlər”.

HİT.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu “CNN Türk”ə müsahibəsində deyib.

Nazir Rusiya Prezidenti Vladimir Putin və Ukrayna dövlət başçısı Volodimir Zelenskinin mümkün görüşündən də söz açıb:

“Putinlə Zelenski hər an görüşə bilər. İki liderin bir araya gəlməsi masada müzakirə olunur. Putin və Zelenski arasında görüş baş tutsa, İstanbulda da, Antalyada da ola bilər”.

0