50-dən çox dili əhatə edən onlayn dil öyrənmə platforması “Prepli” ən çox pul qazandıran dilləri araşdırıb.
Hit.Az axar.az-a istinadla xəbər verir ki, şirkətin araşdırmalarının nəticələrinə görə, ildə 263 min 781 dollar qazanmağın yolu ABŞ-ın Nyu York şəhərində yaşamaq və portuqal dili bilməkdir.
2-ci yerdə ildə 97 452 dollarla yapon dili qərarlaşıb. 3-cü yeri isə 89 996 min dollar ilə alman dili izləyib.