Qazaxıstanın paytaxtı Nur Sultanda binanın 8-ci mərtəbəsində, yerdən təxminən 80 metr hündürlükdə pəncərədən asılan 3 yaşlı uşaq ölümdən dönüb.
Hit.az "TRTHaber"ə istinadən xəbər verir ki, 37 yaşlı Sabit Şontakbayev pəncərədən asılmış 3 yaşlı uşağın həyatını xilas edib.
O, dostu ilə işə gedərkən ətrafdakıların qışqırığından sonra azyaşlını pəncərədən asılı vəziyyətdə olduğunu görüb. Uşağı görən kimi həyatını təhlükəyə ataraq aşağı mərtəbədəki mənzilin pəncərəsindən bayıra çıxaraq balaca uşağı mənzilə çəkib.
Uşağın xilas edildiyi anlar ətrafdakılar tərəfindən görüntülənib.
Bildirilib ki, uşağın anası alış-veriş üçün evdən çıxıb, uşaq isə pəncərənin altına yastıq və yumşaq oyuncaqlar yığaraq pəncərəyə çıxıb.
"O an heç nə düşünmədim”
Şontakbayev deyib ki, insanların toplaşdığını görən kimi binaya daxil olub və dərhal 7-ci mərtəbəyə çıxıb:
"Qapını döydük, xoşbəxtlikdən dərhal qapını açdılar. O an heç nə haqqında düşünmədim. Sadəcə uşağa kömək etmək istədim. Hərəkətlərimi qəhrəmanlıq kimi görmürəm. Uşağı xilas etdikdən sonra işə getdim. Ailəsini belə görmədim. Birdən xəbərlər və sosial şəbəkələrdə mənə qəhrəman deməyə başladılar. Məncə, belə vəziyyətlərdə hər kəs kömək əlini uzatmalıdır”.
Medalla təltif olunub
Qazaxıstan Fövqəladə Hallar nazirinin müavini İbrahim Kulşımbayev Şontakbayevi medalla təltif edib. Nur Sultan şəhərinin meri Altay Kulginov isə onu təbrik edərək təşəkkür edib.
Xəyal Abdullayev
Bir binanın sekizinci katında asılı kalan 3 yaşındaki çocuğu hayatını riske atarak kahramanca kurtardı.
— TRT HABER (@trthaber) May 12, 2022
Görüntünün adresi Kazakistan.//t.co/olxP7HTQfv pic.twitter.com/YURpFCqyGe