DÜNYA
13:08 / 22.06.2022
226

“WhatsApp”a hər kəsin gözlədiyi funksiya gəldi, bundan sonra…

"WhatsApp” iOS və Android istifadəçiləri üçün yeni funksiyalar üzərində işləməyə davam edir.

AZXEBER.COM xəbər verir ki, "WhatsApp”ın bu dəfə hazırladığı yeni funksiya isə bəzi istifadəçiləri narahat edəcək.

Hər hansı bir istifadəçi son görülmə vaxtı və ya profil şəklini müəyyən insanlara açmaq və qalanlarına bağlamaq istəyə bilər. Amma "WhatsApp” indiyədək istifadəçilərə belə bir funksiya təqdim etməyib.

"WhatsApp” yeni təqdim edilən bir funksiya ilə artıq bu xüsusiyyət gəlib. Belə ki, "WhatsApp” tətbiqinə "Bunlar istisna olmaqla…” seçimi əlavə edilib.

Bu funksiya ilə son görünmə vaxtını, profil şəklini müəyyən istənilən şəxsdən gizlətmək mümkün olacaq.

Bunun üçün aşağıdakıları ardıcıl etmək lazımdır:

WhatsApp-ı açmaq > Parametrlər > Məxfilik bölməsinə keçməklə yeni funksiyaya daxil ola bilərsiniz.

0