DÜNYA
11:51 / 10.09.2022
823

Ukrayna Ordusu Xarkovun 3-cü böyük şəhərini azad etdi - FOTO

Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətinin Kupyansk şəhərini azad edib.

HİT.az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Xarkov vilayət şurası rəhbərinin müşaviri Natalya Popova bildirib. 

"Kupyansk Ukraynadır. Ukrayna Silahlı Qüvvələrinə şöhrət! Şəkil sentyabrın 10-da çəkilib!", deyə Natalya Popov bildirib.

Derqaçev Şəhər Sovetinin deputatı Aleksey Stepanenko da şəhərin azad edilməsi haqqında yazıb.

"Budur! Kupyansk bizimdir! Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətinin Kupyansk şəhərinə daxil olub. Ukrayna hərbçiləri 92-ci motoatıcı briqadanın 1-ci mexanikləşdirilmiş batalyonunun döyüş bayrağı ilə", deyə o, sosial şəbəkədə yazıb və foto əlavə edib.

Şəhərin mərkəzində Ukrayna əsgərləri dövlət bayrağı ilə foto yayımlayıb.

Qeyd edək ki, Kupyansk Xarkov vilayətinin 3-cü böyük şəhəridir. Kupyansk Rusiyanın Xarkovdakı işğal administrasiyasının inzibati mərkəzi idi. Rusiya ordusunun "Donbasın azad olunması" əməliyyatını həyata keçirən İzyum qruplaşmasının təchizatı strateji əhəmiyyətli dəmir yolu qovşağı olan Kupyansk vasitəsilə təmin edilirdi.

0